Sülh Fondu (The Fund for Peace) sabitlik indeksini açıqlayıb
Sülh Fondu (The Fund for Peace) sabitlik indeksini açıqlayıb. Novator.az-ın məlumatına görə, indeks hakimiyyətlərin dövlətin bütövlüyünə, ölkənin demoqrafik, siyasi, iqtisadi durumuna nəzarət imkanlarına əsaslanır. Ekspertlər siyasi hakimiyyətin, ordunun, hüquq mühafizə və məhkəmə sisteminin, eləcə də vətəndaş xidmətlərinin dövlətin və əhalinin təhlükəsizliyini təmin etmək bacarıqlarını qiymətləndirib.
178 ölkənin yer aldığı siyahı zəifdən – güclüyə prinsipi ilə tərtib olunub. Yəni 1-ci yerdə olan ölkə ən qeyri-sabit, 178-ci yerdə olan ölkə ən sabit ölkə sayılır.
Azərbaycan 81-ci yerdədir.
İndeksə əsasən, keçmiş SSRİ məkanında ən qeyri-sabit ölkə Tacikistandır: 61-ci yer.
Özbəkistan 63-cü, Qırğızıstan 65-ci sıradadır.
Rusiya 67-ci, Gürcüstan 79-cu pillədə göstərilir.
Reytinq cədvəlində Türkmənistan 87-ci, Ukrayna 90-cı, Belarus 95-ci, Moldova 98-ci, Qazaxıstan 113-cü yerdədir.
Hesabata görə, keçmiş SSRİ məkanında ən sabit ölkələr Latviya (141), Estoniya (143) və Litvadır (148).
Ən sabit ölkələr qismində Finlandiya, Norveç və İsveçrə, ən zəif ölkələr kimi Cənubi Sudan, Somali və Mərkəzi Afrika Respublikası göstərilir.
TİA.AZ