Sabirabadda sakinlərin şikayətləndiyi ödənişli körpü (VİDEO)

Sabirabadda sakinlərin şikayətləndiyi ödənişli körpü (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ARB TV-nin efirində yayımlanan “Günə Son” verilişində Kür çayının üzərində ödənişli körpü barədə sujet efirə gedib.
Belə ki, Sabirabad rayonunda, Kür çayının üzərində ödənişli körpü fəaliyyət göstərir. Körpü nəzarətçisinin bildirdiyinə görə obyekt Adil adlı fərdi sahibkara məxsusdur və sürücülər müəyyən edilmiş məbləği (80 qəpik) hər dəfə ödəməlidirlər. Məsələn, körpünün üstündən avtomobillə çayın o biri tərəfinə keçənlərdən geri qayıdanda da haqq alınır. Yəni, gediş-gəliş 1 manat 60 dəpiyə başa gəlir.
Nəzarətçi aztəminatlı ailələr üçün körpüdən istifadənin pulsuz olduğunu və şəxslərdən yalnız bir gediş dönüş üçün xidmət haqqı aldıqlarını qeyd edib. Lakin sakinlər deyilənləri təkzib ediblər. Körpüdən necə dəfə istifadə edirlərsə, o qədər də pul ödədiklərini deyiblər.
Daha ətraflı video məlumatı təqdim edirik: