Sabirabadda sakini arvadını və gəlinini bıçaqladı

Sabirabadda sakini arvadını və gəlinini bıçaqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabirabadda bıçaqlanma hadisəsi baş verib.

Tribunainfo.az xəbər verir ki, hadisə Sabirabad rayonunun Beşdəli kəndində qeydə alınıb.

Kənd sakini, 1957-ci il təvəllüdlü Hüseynov Rəvan Sərdar oğlu həyat yoldaşı Beşdəli kənd sakini, 1964-cü il təvəllüdlü Hüseynova Aidə Məhəmməd qızı və gəlini, 1983-cü il təvəllüdlü Hüseynova Lətafət Muxtar qızını bıçaqlayıb.

Yaralılar bıçaq xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

R.Hüseynov polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

apa