Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkət edən 64 yaşlı şəxs saxlanıldı

Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkət edən 64 yaşlı şəxs saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkət edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

Onun sözlərinə görə, Sabirabadda azyaşlıya qarşı edilən əxlaqsız hərəkətlə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat daxil olan kimi dərhal Sabirabad Rayon İcra Hakimiyyəti və Sabirabad Rayon Polis Şöbəsi faktla bağlı məlumatlandırılıb.

O bildirib ki, hazırda Komitənin Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən digər zəruri tədbirlər görülür.

Sosial şəbəkələrdə və xəbər saytlarında yayılan görüntülərdəki şəxsin Sabirabad rayonu Qaratəpə kənd sakini 64 yaşlı M.Hüseynovun olduğu müəyyən edilib.

Şübhəli şəxs dərhal rayon polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam edir.