Sabiq prezidentin qızına hökm oxundu – 13 il 4 ay

Sabiq prezidentin qızına hökm oxundu – 13 il 4 ay

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cinayət işləri üzrə Daşkənd şəhər məhkəməsi Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın cəzasını artırıb.

TİA.AZ-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Özbəkistan Ali Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yeni cinayət işi üzrə məhkəmənin hökmü ilə G. Kərimova 13 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdə qeyd olunub ki, onu cəzaçəkmə müddətinin əvvəli 21 avqust 2015-ci il tarixdən hesablanır.

Xatırladaq ki, G. Kərimova müxtəlif ittihamlar üzrə təqsirli bilinərək məhkum olunub.