Sabiq prezidentin oğlu: Atamın ölümü ört-basdır edildibackend

Sabiq prezidentin oğlu: Atamın ölümü ört-basdır edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin oğlu Yaser Haşimi sensasion iddia ilə çıxış edib. Tribunainfo.az xəbər verir ki, o, “Camaran” saytına açıqlamasında atasının ölümünün ört-basdır edildiyini deyib.
Haşimi bildirib ki, atası Həsən Ruhaninin seçilməsi üçün ciddi mübarizə aparıb. Lakin onun ölümü ilə proses yarımçıq qalıb. “Bunun qarşılığında Ruhani hökuməti mənim atama qarşı hörmətsizlik edib. Həmin vaxt ETTELAT Rəfsəncaninin ölümü ilə bağlı iddianı kəşfiyyat və təhlükəsizlik əməkdaşlarının əli ilə izi itirməyə çalışıb”.
Xatırladaq ki, başda Yaser Haşimi olmaqla, İranda bir çoxları Rəfsəncaninin sui qəsd nəticəsində aradan götürüldüyünü bildirirlər. Onun zəhərlənərək öldürüldüyünü deyirlər. Buna səbəb kimi isə keçmiş prezidentin hazırkı rejimə qarşı müxalif mövqe tutması və bəzi sirləri açması göstərilir.
Bildirək ki, Rəfsəncaninin qızı Faizə Rəfsəncani də hazırda həsbdədir. O da İran molla rejiminə qarşı çıxdığı üçün həbs olunub.