Cənubi Koreyada hakimlər korrupsiya və vəzifədən sui-istifadə ittihamı ilə sabiq prezident Park Çun Hayın 30 il həbsini istəyib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, ötən ilin martında vəzifəsindən azad edilən və həbsə məhkum edilən sabiq prezidentə 30 il həbs və 110 milyon dollar pul cəzası tələb edilir.
Park yaxın dostu Çoy Sun Çi ilə birlikdə “Samsung”un da daxil olduğu 3 Cənubi Koreya şirkətindən müxtəlif güzəştlər qarşılığında 52 milyon dollar rüşvət alıb.
Sabiq prezident 18 şirkəti Çoy Sun Çinin idarəsində olan iki quruma 71 milyon dollarlıq ianə verməyə məcbur edib.
Qeyd edək ki, Park Çun Hay Cənubi Koreya tarixində məhkəmə tərəfindən vəzifəsindən kənarlaşdırılan və həbs edilən ilk prezidentdir.