Sabiq polis rəisindən öldürülən Elgünlə bağlı şok açıqlama: İndiyədək kiminsə həbs edilməməsi…

Sabiq polis rəisindən öldürülən Elgünlə bağlı şok açıqlama: İndiyədək kiminsə həbs edilməməsi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu cür cinayət hadisələri baş verən zaman tələskənliklə qərar verilmir. Gəncədə ölümcül halda tapılan məktəbli ilə bağlı işin bu şəkildə getməsi tamamilə normaldır. Vaxt lazımdır, səbrli olmaq və araşdırmanın nəticəsini gözləmək lazımdır. Bu cinayət tərkibli əməldir. Bir məktəbli ölümcül vəziyyətdə döyülüb, dünyasını dəyişib.

Bu sözləri Tribunainfo.az-a keçmiş polis rəisi, ekspert-kriminalist Mahmud Hacıyev Gəncədə vəhşicəsinə döyülərək öldürülən 18 yaşlı Elgün İbrahimovla bağlı danışarkən deyib. M.Hacıyev qeyd edib ki, bu cür cinayət hadisələri qapalı qalmır, üstü açılır:

“Bu cür istintaqı prokukorluq aparır. Cinayət Məcəlləsində hər maddənin polisin istintaqına, yoxsa prokurorluğun istintaqına aid olan hissəsi var. Bu cür qəsdən adam öldümə faktlarını prokurorluğun müstəntiqi aparır. Həmçinin polis də özü tərəfindən əməliyyat işi açır. Yəni istintaqdan əlavə polis də məxfi əməliyyat axtarış tədbirləri görür. Həmçinin müstəntiq tez-tez ona əməliyyat tapşırıqları yazır. Yəni indi bunu belə edin, sonra belə edin kimi tapşırıqlar verilir. Bu işin gedişatı belədir.

Ölən şəxsin məktəbli olması, üstəlik vəhşicəsinə döyülməsi halı ciddi araşdırma tələb edən haldır. Həmin iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunur. Məhkəmə-tibbi ekspertizasına sorğu göndərən müstəntiq orada suallar qoyur. Məsələn, suallar qoyur ki, vurulan zərbə kim tərəfindən vurulub, güclü adammı, yaşlı adammı, azyaşlı tərəfindənmi vurulub? Ekspert də biliyi, savadı, təcrübəsi daxilində buna cavablar verir. Ekspert rəy verə bilər ki, bu zərbələr azyaşlı birinin vurduğu zərbə deyil. Bütün bunlar kompleks araşdırmadan sonra bilinir və məlumat da verilir”.

Maraqlıdır, bəs baş vermiş bu hadisə ilə bağlı hələ də heç kəsin məsuliyyətə cəlb edilməməsi normaldırmı?
M.Hacıyev bildirib ki, bu, təbii haldır və olduqca normaldır:

“Bu ağır cinayət tərkibli əməldir. Ölən şəxs azyaşlıdır. Vəhşicəsinə döyüldüyü deyilir. Bu kimi cinayət hadisələri heç vaxt qapalı qalmır. Sadəcə araşdırması vaxt tələb edən hadisədir. İndiyə qədər heç kəsin məxsuliyyətə cəlb edilməməsi təbii haldır.

Təcrübəmdə bu cür ağır cinayət hadisələri çox olub. Prosesin bu cür getməsi heç kəsi narahat etməsin. Aydındır ki, cəmiyyət narahatdır, bu hadisəni törədənlərin tezliklə tapılmasını hər birimiz istəyirik. Sadəcə zaman alan, araşdırma tələb edən prosesdir. Mən əminəm ki, tezliklə bu bu hadisənin də üstü açılacaq”

Nigar İxtiyarqızı