Sabiq nazir 4 min səhifəlik kitab yazıb: “Oturub “qayçılayıram”backend

Sabiq nazir 4 min səhifəlik kitab yazıb: “Oturub “qayçılayıram”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Kitab yazıram, bu yaxınlarda yekunlaşdıracağam”.
Bunu Bakıvaxtı.az-a müsahibəsində sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Keçmiş nazir bildirib ki, indi istirahət zamanıdır. Zamanında gərgin çalışdığını deyən Məmmədyarov, indi də dincəldiyini vurğulayıb.
E.Məmmədyarov üzərində işlədiyi kitabda nazir olarkən etdiyi bütün çıxışları bir araya topladığını deyib:
“4 min səhifəlik kitab alınıb. Onun üzərində işləyirəm. 4 min səhifəlik kitab üçün bir neçə cild lazımdır. Ona görə də oturub “qayçılayıram”.
Onun sözlərinə görə, çıxışı hansı dildə edibsə, müsahibələri hansı dildə veribsə, olduğu kimi dərc olunacaq:
“İngilis, rus, Azərbaycan dillərində olan çıxışlar, müsahibələrdir. İndi onun üzərində işləyirəm”.