Sabiq məmurun şirkətinin milyonlarla borcu var – Audit yoxlamasından da yayınıbbackend

Sabiq məmurun şirkətinin milyonlarla borcu var – Audit yoxlamasından da yayınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakı Şəhər İcra Hakimiyyətinin Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin tərkibindəki “Bakılifttəmir” İstehsalat Birliyinin sabiq baş direktoru Vaqif Xəlilovun şirkətinə cərimə protokolu tərtib edilib.
Qaynarinfo-nun məlumatına görə, Vaqif Xəlilovun qardaşı Emil Xəlilovun baş direktoru, Həsənov Ramiz Həsən oğlunun isə qanuni təmsilçisi olduğu “Bakı Otis Lift” Qapalı Səhmdar Cəmiyyəti (QSC) barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol tərtib olunub.
İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.
İş Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadənin icraatındadır.
Qeyd edək ki, hazırda “Bakı Otis Lift” QSC-nin Dövlət Vergi Xidmətinə 3 milyon 400 min 789 manat 99 qəpik vergi borcu var. Əvvəllər QSC dövlət qurumlarının keçirdiyi milyonluq tenderlərin qalib olub.