Sabiq məhkəmə hakimi Psixiatriya Xəstəxanasına göndərildibackend

Sabiq məhkəmə hakimi Psixiatriya Xəstəxanasına göndərildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xətai Rayon Məhkəməsinin keçmiş hakimi Tamerlan Zeynalov Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, sentyabrın 19-da İradə Aslanova adlı vətəndaş Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək, onunla bağlı şikayət edib.

Şikayətçi bildirib ki, Tamerlan Məmmədov (Soyadı Zeynalov olsa da, sonradan Məmmədova dəyişib-red.) onun yaşadığı ünvana gələrək evinə işıq salıb, qəribə səslər çıxarıb, avtomobilinin üzərinə yazılar yazıb və qapısını döyərək narahat edib.

O, polis bölməsinə gətiriləndən sonra da özünü qeyri-adekvat aparıb. Araşdırma zamanı məlum olub ki, həmin şəxs Respublika Psixiatriya Xəstəxanasına dəfələrlə müalicə alıb. Bu səbədən də yenidən Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

Qeyd edək ki, Tamerlan Zeynalov (Məmmədov) Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb, daha sonra vəkil kimi fəaliyyət göstərib. 2019-cu ildə o, dələduzluqda və rüşvətə təhrik etmədə təqsirləndirilib. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib.