Sabiq icra başçısına məxsus olduğu bildirilən klinika cərimələnir

Sabiq icra başçısına məxsus olduğu bildirilən klinika cərimələnir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vimay-med” MMC-yə inzibati protokol tərtib edilib.

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
İş Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin icraatındadır. Baxış iclası mayın 13-də keçiriləcək.
Qeyd: Klinikanın Abşeron Rayon İcra Hakimiyyətinin sabiq başçısı İradə Gülməmmədovaya məxsus olduğu bildirilir.