SABİQ ERMƏNİ NAZİRDƏN ŞOK ÇAĞIRIŞ: QARABAĞDA O SAYTLARI BƏRPA EDİN, ÇÜNKİ…

SABİQ ERMƏNİ NAZİRDƏN ŞOK ÇAĞIRIŞ: QARABAĞDA O SAYTLARI BƏRPA EDİN, ÇÜNKİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın keçmiş ədliyyə naziri Gevork Danielyan İT mütəxəssislərinə müraciət edərək Qarabağda fəaliyyət göstərən saytların bərpasını və məlumatların etibarlı mediaya ötürülməsini təmin etməyi xahiş edib.
Tribunainfo.az erməni KİV-ə istinadən məlumat verir ki, keçmiş nazir bu haqda sosial media hesabında yazıb. “Arxiv materiallarının düşmən əlinə keçməməsi üçün onlar məhv edilib. Üstəlik, söhbət hətta hüquqi aktlardan gedir, bəziləri hətta sosial şəbəkələrdə belə yoxdur.
Mövcud rəsmi saytlar Azərbaycan hakimiyyəti tərəfindən bir neçə saat ərzində bağlanıb. Zəhmət olmasa, başlanğıc nöqtəsi kimi götürün ki, bu materiallar son dərəcə əhəmiyyətlidir, onların əhəmiyyəti əvəzsizdir və bu sənədlərin mənbələrinin tamamilə məhv edilməsinə yol vermək olmaz”.