Sabiq deputatın “Karmen”inə inzibati tənbeh tətbiq edildi

Sabiq deputatın “Karmen”inə inzibati tənbeh tətbiq edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnzibati Xətalar Məcəlləsinin sənaye, elektrik və istilik enerjisindən istifadə qaydalarını pozan “Karmen” un və un məmulatları şirkəti ilə bağlı inzibati tənbel tətbiq edilib.

Tribunainfo.az xəbər verir ki, “Karmen” MMC İXM-nin 276-1-ci maddəsini pozmuşdu. Tələbi pozulan maddəyə əsasən, təhlükə potensiallı obyektlərin “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət reyestrində qeydiyyatdan keçirilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.

“Karmen”lə bağlı növbəti proses bu gün keçiriləcək. İşə Abşeron rayon Məhkəməsində hakim Abusət Qasımovun sədrliyi ilə baxılır.

Qeyd edək ki, “Karmen” MMC sabiq deputat Əsabil Qasımovundur.

Gülşən