Sabiq millət vəkili, iş adamı Dünyamin Xəlilov aldığı cəzadan narazıdır.
Sabiq millət vəkili, iş adamı Dünyamin Xəlilov aldığı cəzadan narazıdır.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilən Dünyamin Xəlilov apellyasiya şikayəti verib.
İşə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Məhkəmədə sabiq deputatın anket məlumatları dəqiqləşdirilib.
Məhkəmədə təqsirləndirilən Rauf Əliyevin apellyasiya şikayəti və müddətin bərpasına görə iş birinci instansiya məhkəməsinə qaytarılıb.
Cinayət işi birinci inatansiya məhkəməsinə qaytarılması barədə qərar çıxarılıb.
Qeyd edək ki, Dünyamin Xəlilov Cinayət Məcəlləsinin 179.3.1 (mənimsəmə, mütəşəkkil dəstə tərəfindən törədildikə), 179.3.2 (mənimsəmə külli miqdarda törədildikdə), 213.2.1 (vergidən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213.2.2 (vergi ödəməkdən yayınma külli miqdarda törədildikdə), 32.4, 308.2 (vəzifə səlahiyyətlərindən sui istifadə etməklə ələ alma) 32.4, 309.2 (vəzifə səlahiyyətini aşma) maddələri ilə təqsirli bilinir.
Xatırladaq ki, D.Xəlilovun Beynəlxalq Banka borcu ilə bağlı qalmaqal hələ 2011-ci ildə başlayıb. O, 2005-ci ildə Beynəlxalq Bankın səhmdarı olub. 2005-2010-cu illərdə deputat olan D.Xəlilov Cahangir Hacıyevin qohumudur və işçisi olub. C.Hacıyevə məxsus “Şəki Bazar” və “Şəki Ət Kombinatı” ASC-ni uzun müddət D.Xəlilov idarə edib. Beynəlxalq Bankın bir filialı uzun illər “Globus Plaza”nın üçüncü mərtəbəsində yerləşib.