Messi “İnter Mayami” azarkeşini məyus etdi
PSJ-dən ayrıldıqdan sonra “İnter Mayami”ni seçən Lionel Messi bir azarkeşə məyusluq yaşadıb.
Qaynarinfo-nun məlumatına görə, ABŞ-da həyəcan yaradan transferdən sonra tətilə çıxan Messini oyun zamanı görməyə gələn azarkeşin arzusu ürəyində qalıb. “İnter Mayami”nin “Filadelfiya Yunion”la səfər matçı üçün 2000 km yol qət edən azarkeş argentinalı ulduzu görə bilməyincə məyus olub. Tribunada oyunu izləyərkən üzərində futbol topu və keçi şəkli olan, həmçinin “Bütün zamanların ən yaxşısını görmək üçün 1200 mil (2000 km) yol getdim” yazılmış pankart açan bəxtsiz azarkeş Messinin tətildə olduğunu biləndə məyus halda pankartı yerə atıb. “İnter Mayami”nin rəqibi “Filadelfiya Yunion” rəsmi sosial media hesabında həmin azarkeşin məyusluğunu paylaşıb.
Qarşılaşma “Filadelfiya Yunion”un 4-1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə ilə komanda 34 xalla 4-cü pilləyə yüksəlib. “İnter Mayami” isə 15 xalla sonuncu olub.