Sabahdan prezidentliyə namizədliyin qeydə alınması üçün sənədlərin MSK-ya təqdim edilməsi başlayır

Sabahdan prezidentliyə namizədliyin qeydə alınması üçün sənədlərin MSK-ya təqdim edilməsi başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi prosesi sabahdan başlayır.

TİA.AZ-ın məlumatına görə, bu barədə prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında qeyd olunub.

Təqvim planına əsasən, namizədlərin qeydə alınması üçün sənədlər 2018-ci il fevralın 20-dən 12 mart saat 18.00-dək təqdim edilə bilər.