Sabaha olan hava proqnozu – Yağışlar səngiyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 5-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 Oktyabrın 5-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

ETSN-dən TİA.AZ-a verilən məlumata görə, havanın temperaturunun gecə 10-13° isti, gündüz 15-18° isti, Bakıda gecə 10-12°, gündüz 15-17° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 80-90 %, gündüz 60-65% olacaq. 

Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-13°, gündüz 14-18° isti, dağlarda gecə 0-5°, gündüz 6-11° isti olacağı gözlənilir.