Sabah yağış yağacaq

Sabah yağış yağacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah, iyulun 16-da gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Tribunainfo.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Zəif cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 34-39 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət isə gecə 65-75 %, gündüz 40-45 % təşkil edəcək.

 

Abşeron çimərliklərində gözlənilən hava şəraiti:

 

 

İyulun 16-da zəif cənub-şərq küləyi əsəcək.

 

Dəniz suyunun temperaturu:

 

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27,

 

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-29 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, arabir duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 22-27, gündüz 36-40, dağlarda gecə 11-16, gündüz 28-33 dərəcə isti olacaq.