Sabah Ukraynada müharibənin iki yaşı olur: kim udur, kim uduzur?

Sabah Ukraynada müharibənin iki yaşı olur: kim udur, kim uduzur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah Ukraynaya işğalçı hücumun iki ili tamam olur. Tribunainfo.az yazır ki, hərbi əməliyyatlar davam edir. Bu ilin yayında Kiyev yeni əks-hücuma başlamalıdır. Rusiya isə işğal etdiyi əraziləri qoruyur. Siyasi təhlilçi Aqşin Kərimova görə, artıq Ukraynanı Qərbdən verilən təhlükəsizlik vədləri sakitləşdirmir. Hətta 60-cı Münhen Təhlükəsizlik Konfransında Prezident Volodimir Zelenskinin çıxışları və görüşləri belə, Ukrayna üçün fəlakətli nəticələrə hazırlıq ssenarisini təqdim edir.

Ekspert hesab edir ki, əslində, Ukrayna həm siyasi iradədə, həm də hərbi müstəvidə dirənmə göstərir, yəni bu müqavimət olmasaydı, Rusiya qoşunları çoxdan başqa-başqa şəhərləri tutmuşdu.
Amma Ukraynanın müqaviməti artıq əvvəlki səviyyədə deyil və getdikcə Qərbdən silah trafikində xəsislik edilməsi Kiyevin cəbhədəki vəziyyətini ağır sınağa çəkir. Siyasi şərhçi qeyd edir ki, yaxın zamanlarda Ukraynanın Rusiyanın müdafiə xətlərini yarmaq üçün əks-hücuma keçəcəyi gözlənilmir.

Roman