İndoneziyanın Bali adasında yaşayan hindu tayfaları “Sükut bayramı” (“Nyepi günü”) münasibətilə dəniz sahilinə axın edirlər.
İndoneziyanın Bali adasında yaşayan hindu tayfaları “Sükut bayramı” (“Nyepi günü”) münasibətilə dəniz sahilinə axın edirlər.
TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, hər il ənənəvi olaraq bu günü hindular dəniz sahillərinə gələrək, “ruhlarını təmizləmək” üçün dua edirlər və suya atılırlar.
Eyni zamanda sakinlər “hədiyyə” olaraq, dənizə gül-çiçək və ərzaq da tullayır.
Qeyd edək ki, hər il martın 28-də qeyd olunan “Sükut bayramı” zamanı əhalisinin mütləq əksəriyyəti hindulardan ibarət olan Bali adasında həyat 24 saat müddətinə tamamilə donur, insanların küçələrə çıxması qadağan edilir.
Rəvayətə görə, həmin gün “Şeytan” yer üzünə enir. Buna görə də hindular 24 saat müddətinə evdən bayıra çıxmırlar və heç bir işlə məşğul olmurlar.