Bu gün Avropa Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Azərbaycan təmsilçisi “Sabah”da növbəti matçına çıxacaq.
Tribunainfo.az xəbər verir ki, Masazır təmsilçisi Serbiyada “Partizan”ın qonağı olacaq.
Qarşılaşma Bakı vaxtilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, Bakıda baş tutan “Sabah” – “Partizan” görüşü Murad Musayevin rəhbərlik etdiyi kollektivin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
23:00. “Parizan” (Serbiya) – “Sabah” (Azərbaycan) Baş hakim: Bartoş Frankovski (Polşa) “Partizan” stadionu, Belqrad
İlk oyun – 0:2