“2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya liderləri“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”ni imzalayıb. Müttəfiqlik Bəyannaməsinin ilk bəndində bildirilir:
“Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.
Və Bəyannamənin ikinci ildönümünə 1 gün qalmış Azərbaycan vətəndaşı Kamil Zeynallı Moskvada saxlanılır…”
Tribunainfo.az-ın xəbərinə görə, siyasi ekspert Elşad Paşasoy belə qeyd edib. Onun fikrincə, bu müddətdə Azərbaycanın axtarışa verdiyi bir erməninin Rusiyada saxlanmasını görmədik: “Əksinə, Rusiya məhz “müttəfiqlik”dən sonra Ruben Vardanyanı Xankəndiyə xüsusi tapşırıqla göndərmişdi…Olmaya Vardanyanın qollarının qandallanması xoşuna gəlməyib?
Xoşuna gəlməyən çox mətləblər var, sözsüz. Son vaxtlar Bakıya ünvanlanan mesajlar cavabsız qalır!”