Sabah Olimpiadada bu idmançılarımız çıxış edəcəkbackend

Sabah Olimpiadada bu idmançılarımız çıxış edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün açılış mərasimi baş tutacaq Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının sabahkı təqvimi müəyyənləşib.

Tribunainfo.az xəbər verir ki, idmançılarımız 4 idman növündə qüvvəsini sınayacaq.

27 iyul saat, 10:30

Badminton (qadınlar)

N qrupu, ilk matç
Keişa Fatimə Zəhra və Bing Jiao He (Çin)

27 iyul saat, 12:00

Cüdo (qadınlar), 1/16 final

Leyla Əliyeva və Xalimojon Kurbonova (Özbəkistan)

Cüdo (kişilər), 1/8 final

Balabəy Ağayev və Simon Zulu (Zambiya)/Von Jin Kim (Cənubi Koreya) cütünün qalibi

27 iyul saat 12:30

Güllə atıcılığı (kişilər), təsnifat mərhələsi 

Ruslan Lunyov (10m, pnevmatik tapança) – ilk 8 yeri tutan idmançı növbəti mərhələyə yüksələcək.

27 iyul saat, 13:00

Akademik avarçəkmə (qadınlar) 

Diana Dımçenko (2000 m, fərdi) – 5-ci zolaqda yarışacaq. Zolaqlarda ilk 3 yeri tutanlar 1/4 finala yüksələcək.