Sabah “İstanbul Klinikası” ilə bağlı qərar veriləcəkbackend

Sabah “İstanbul Klinikası” ilə bağlı qərar veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qalmaqallı “İstanbul Klinika”sı ilə bağlı başladılan icraata sabah baxılacaq.

Tribunainfo.az xəbər verir ki, sanitar və gigiyenik qaydaları dəfələrlə pozduğuna görə cərimələnən klinika ilə bağlı sabah növbəti işə baxılacaq. Belə ki, “İstanbul Klinika”nın İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsini pozduğu məlum olub. Maddəyə əsasən, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Klinika ilə bağlı iş baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. Sabah, 26 bsentyabr tarixində hakim Elçin Ağayevin sədrliyi ilə işə baxılacaq.

Xatırladaq ki, bu klinika dəfələrlə bu maddəni pozduğuna görə cərimələnib.

Qeyd edək ki, sözügedən klinikanın sahibi Əziz Quliyev adlı şəxsdir. Onun adı AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevlə birgə hallanır. Əziz Quliyevin Ramiz Mehdiyevin himayədarlığı ilə İmişli rayonundakı heyvan bazarını da ələ keçirdiyi deyilir.

Gülşən