Sabah İran prezident seçir: Rəisinin yerinə kim gəlir? – Təhlil

Sabah İran prezident seçir: Rəisinin yerinə kim gəlir? – Təhlil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sabah İranda prezident seçkiləridir. İki qütb arasında savaşa nöqtə qoyulacaq. Artıq sağın nümayəndələrindən biri namizədliyini geri götürdü. Əmirhüseyn Haşimi geri çəkildi. Dünən SEPAH-ın “Qüds qoşunları”nın komandanı İsmayıl Kaani sağın digər iki namizədini, Məhəmmədbaqir Qalibafı və Səid Cəlilini yanına çağıraraq, müzakirə aparıb. Böyük ehtimalla səbəb ultra sağın iki namizədindən birinin geri çəkilməsidir. Çünki Cəlili və Qalibaf birlikdə son sorğuya əsasən 48 faiz səs toplamaq gücündədir”.

Tribunainfo.az qeyd edir ki, jurnalist-təhlilçi Fikrət Fəraməzoğlu bu məlumatları açıqlayıb. Onun dediyinə görə, bu həm də sağ təmayüldə səslərin parçalanmasının qarşısını almaq məqsədi daşıyır: “İslahatçıların, yəni sol təmayülün namizədi olan Məsud Pezeşkiyan isə dünənki sorğuda səslərini 24 faizdən 30 faizə qaldırıb. Bu artıq sağ camedə narahatlıq yaratmağa başlayıb. Pezeşkiyan dünən Təbrizdə böyük bir mitinq təşkil edərək, maraqlı açıqlamalar verib. O deyib: “Məni sizlər seçəcəksiz”, “Urmiyə gölünün qurumasının qarşısını birlikdə alacağıq”, “xariclə ticarəti artırmaq üçün lazım olan bütün addımları atacağıq”.
Bununla bağlı geniş yazım olacaq. Lakin həmkarlarımdan tək bir ricam var. Pezeşkiyanı “millətçi”, “Azərbaycan fəadisi” kimi təqdim etməkdən çəkinin. Çünki o, əslən azərbaycanlı olsa da, millətçi deyil, liberal kəsimin nümayəndəsidir. Siyasi baxışları Azərbaycanın maraqları ilə müəyyən qədər üst-üstə düşə bilər. Amma bu o demək deyil ki, o, prezident seçilərsə, nələrsə köklü şəkildə dəyişəcək.
İran ənənələri, oturuşmuş siyasi yanaşması və maraqları olan ölkədir. Orada siyasəti prezidentlər deyil, dini rəhbər və SEPAH müəyyən edir. Pezeşkiyan isə bu iki qüvvəyə qarşı çıxmaq gücündə olan biri deyil”.

Roman