UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin Bakıda keçiriləcək “Sabah” – “Petrokub” (Molodova) matçına satılan biletlərin sayı açıqlanıb.
Tribunainfo.az xəbər verir ki, klubun mətbuat xidmətinin verdiyi məlumata əsasən 5000 bilet satılıb.
“Bank Respublika Arena”da keçiriləcək matçın biletlrəinin qiyməti müvafiq olaraq 2, 4, 5 manat təşkil edir.
Azarkeşlər biletləri “iTicket.az”ın satış məntəqələrindən (iTicket.az-da onlayn satış), həmçinin oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərlər.
Qeyd edək ki, “Sabah” – “Petrokub” matçı iyulun 31-də “Bank Respublika Arena”da, saat 20:00-da start götürəcək.