Sabah Hacı İlham Şıxseyidovun şirkətinin işinə baxılacaq

Sabah Hacı İlham Şıxseyidovun şirkətinin işinə baxılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah 4 mart tarixində Nəsimi rayon Məhkəməsində iş adamı Hacı İlham Şıxseyidovun rəhbərlik etdiyi “Conco” QSC ilə bağlı imzalanmış cərimə protokoluna baxılacaq.

Tribunainfo.az xəbər verir ki, sözügedən QSC İnzibati Xətalar Məcəlləsinin əmək hüquqları əleyhinə olan 192.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

QSC-nin işi hakim Anar İbadzadənin icraatındadır.

Qeyd edək ki, QSC-nin direktoru iş adamı Hacı İlham Şıxseyidovdur. Şirkət Şuşada bərpa-quruculuqla əlaqədar elan edilən milyonluq tenderlərin qalibi olub.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən