Sabah İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının 49-cu sessiyası, 56-cı büro və 49-cu daimi komitə iclasları keçiriləcək.
Sabah İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının 49-cu sessiyası, 56-cı büro və 49-cu daimi komitə iclasları keçiriləcək.
TİA.AZ xəbər verir ki, iclaslarda Qara Dəniz regionunda təhlükəsizliyin və sülhün təmin olunmasında parlamentlərin rolu, İqtisadi inkişaf və sosial inteqrasiya üçün hüquqi əsasın möhkəmləndirilməsi mövzularında fikir mübadiləsi aparılacaqdır. Tədbirlərdə həmçinin Parlament Məclisinin fəaliyyəti barədə hesabatlar dinləniləcək, bir sıra təşkilati məsələlərə baxılacaq.
Tədbirlərdə Azərbaycan parlamentinin üvləri Eldar Quliyev, Musa Quliyev, Jalə Əliyeva və Əflatun Amaşov iştirak edəcək.
Baş Assambleyanın iclasında Musa Quliyevin “Qara Dəniz İqtisadi Əməkdaşlığına üzv ölkələrdə dayanıqlı səhiyyə sisteminin təmin olunmasında parlamentlərin rolu”, deputat Əflatun Amaşovun isə “Qara Dəniz İqtisadi Əməkdaşlığına üzv ölkələrdə yeni və bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi” mövzularında məruzələri dinləniləcək.