Sabah Qranada şəhərində Avropa Siyasi Birliyinin sammiti çərçivəsində beştərəfli görüş formatı gözlənilir. Lakin bu masa qurulmaya da bilər. Ən son hadisələr və separatçıların liderlərinin həbsi proseslərə yeni rəng verdiyi üçün Əliyevlə Paşinyanın bir araya gəlməməsi istisna edilmir. Tribunainfo.az yazır ki, görüş daha çox nizamlama prosesində irəliləyiş məqsədi güdür. Eləcə də erməni əhalisinin humanitar vəziyyəti dilə gətirilə bilər. Sadəcə, masada balans pozulur. Çünki Mişel, Paşinyan, Makron və Şolts mismarı bir yerə vurur, Əliyev isə bu güclərlə təkbaşına diplomatik danışıqlar aparmalıdır. Antiterror tədbirləri və erməni köçü Avropa İttifaqının mövqeyində bəzi ürəkbulandıran nüanslara yer verib. Makron və Şolts da erməni tərəfdən çıxış edir. Belədə isə beştərəfli görüş sülh prosesinə böyük töhfə verə bilməz. Analitiklər görüşün olacağına şübhə ilə yanaşırlar.