20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri – iş günü olacaq.
Bu barədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Agentlik bildirir ki, 21 yanvar tarixindən etibarən isə vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.