“Sab” məhsullarının üzərində saxta tarix qeyd edilirmiş – Foto

“Sab” məhsullarının üzərində saxta tarix qeyd edilirmiş – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sab” brendi hazırladığı ağartı məhsullarının tarixində saxtakarlığa yol verir.

Tribunainfo.az xəbər verir ki, bunu jurnalist Mahir Məmmədli üzə çıxarıb. O bildirib ki, “Sab” brendinə məxsus İrəvan xan dovğası adı ilə satışa çıxarılan dovğanın üzərində yazılan tarixdə saxtakarlığa yol verilib.
Belə ki, noyabr ayının 1-də mağazadan alınan dovğanın üzərində 3 noyabr tarixində istehsal olunduğu qeyd edilib.
“Gələcəkdən gələn dovğa. 1 noyabr tarixində 3 noyabrda istehsal olunmuş (bəlkə də olunacaq) məhsul”, – deyə jurnalist qeyd edib.

Mütəxəssislər hesab edir ki, bu hallar adətən vaxtı ötdüyü üçün geri qaytarılmış məhsulların üzərinə yeni tarix vurulduğu zaman baş verir. Bəzən isə istehsalçılar tarixi bilərəkdən bu formada qeyd edirlər ki, alıcı məhsulun yeni olduğunu düşünsün. Halbuki bu kimi məhsullar, əksinə köhnə olur. Əldə çıxarılması üçün də bu cür saxtakarlıqlara yol verilir.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Gülşən Rəsul