Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Elmir Məmməd oğlu Bağırov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Elmir Məmməd oğlu Bağırov 03.04.1980-ci ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olub. 1986-1997-ci ildə orta məktəbdə təhsil alıb. 1997-ci ildə Bakı Dövlət Universitetinin sosial elmlər fakultəsinin politologiya ixtisasına daxıl olub. 2001-ci ildə bu ixtisasın bakalavr pilləsini bitirirək, həmin ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakultəsinin “dünya siyasi prosesləri və beynəlxalq münasibətlərin nəzəriyyəsi” ixtisası üzrə magistraturaya daxil olub. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əyani doktoranturasına daxil olub, 2006-cı ildə oranı bitirib.
2008-ci ildə “Xəzər regionunda Azərbaycanın milli mənafeyinin prioritet istiqamətləri” adlı doktorluq dissertasiyasını müdafiə edərək, siyasi elmlər üzrə fəlsəfə doktoru elmi adı alıb.