Saatlar qaldı… Gözlər İsrailin İrana zərbəsində – Rəylərbackend

Saatlar qaldı… Gözlər İsrailin İrana zərbəsində – Rəylər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Böyük ehtimalla İsrail yaxın saatlarda İrana raket zərbələri endirəcək” .

Tribunainfo.az yazır ki, ekspert Elxan Şahinoğlu bu qənaətdədir. Onun fikrincə, İsrail İranda vuracağı məkanları özü üçün illər öncə müəyyənləşdirib, sadəcə düyməyə basılacaq günü gözləyirdi: “İsraillə İran arasında vəkalət savaşı çoxdan başlayıb, yeni mərhələdə birbaşa toqquşmanın şahidi olacağıq. Allah günahsız insanları qorusun! Bu müharibə və onun nəticələri bölgənin yenidən şəkilləndirilməsinə səbəb olacaq”.

Siyasi şərhçi Fuad Əliyev də zərbənin olacağına əmindir. Onun sözlərinə görə, İsrailin cavabı an məsələsidir. Ekspert güman edir ki, bu hücum gərginliyi artıracaq: “Münaqişələr dünyada beynəlxaq münasibətləri pozub. Dünya müharibələr, böhranlar, eskalasiyalardan yorulub. Pandemiyadan onsuz da yorğun çıxan bəşəriyyət müharibələrin labirintinə düşüb. Əgər İran vurulacaqsa, İsrailə təkrar cavabı veriləcək. Bu da bölgədə ağır dövrün təməlini qoya bilər. Ümid edək ki, tərəflər təmkinli olacaqlar”.

Roman