Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesində saat 12:00-a olan seçici fəallığını açıqlayıb.
MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov həmin vaxta qədər respublika üzrə 1 milyon 20 min 231 nəfərin səs verdiyini bildirib.
Onun sözlərinə görə, seçici fəallığı 17.11 faiz olub.