Fevralın 16-da Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) keçirir.
DİM-dən bildirilib ki, imtahan vermək üçün 21 min 926 bakalavr ərizə təqdim edib. Onlardan 20 min 57 nəfərin Azərbaycan bölməsi, 1869 nəfərin rus bölməsi üzrə imtahan verəcəyi gözlənilir. Bakalavrlardan 14 min 17-si cari ilin, 7909-u isə əvvəlki illərin məzunlarıdır, 49 nəfər xarici ölkə vətəndaşıdır.
Qəbul imtahanı Bakıda 62, Sumqayıtda 6, Abşeronda 4, Gəncədə 6, Naxçıvanda 2, Mingəçevirdə 3, Lənkəranda 2 binada təşkil olunur. Bütün binalarda imtahan saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
Bakıda 15 min 960, Naxçıvanda 540, Gəncədə 1458, Sumqayıtda 1627, Abşeronda 1078, Mingəçevirdə 838, Lənkəranda 425 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 85 ümumi rəhbər, 241 imtahan rəhbəri, 1989 nəzarətçi, 294 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunub.