Saakyan Bakıda həbsdə olan Araik və digər separatçılardan danışdıbackend

Saakyan Bakıda həbsdə olan Araik və digər separatçılardan danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda Bakıda həbsdə olan ermənilər nə əsir, nə də hərbi əsir hesab olunmurlar. Beynəlxalq təşkilatlar onları cinayət törətmiş şəxs kimi tanıyır”. Tribunainfo.az xəbər verir ki, bunu hüquqşünas Siranuş Saakyan deyib.


O bildirib ki, Ermənistan bu məsələsə iki ciddi problemlə üzləşib. “Burada ikiqat mürəkkəblik problemi ilə üzləşmişik. Əvvəlcə onların hazırda Azərbaycanda yaşadıqlarını sübut etməli, Azərbaycan tərəfindən əsir götürüldüklərini təsdiq etməli və sonra onları geri qaytarmağa çalışmalıyıq”.