Ukrayna sərhəd xidmətinin əməkdaşları və polis səhər tezdən Mixail Saakaşvilinin qaldığı Lvovun “Leopolis” otelinə gəliblər.
Ukrayna sərhəd xidmətinin əməkdaşları və polis səhər tezdən Mixail Saakaşvilinin qaldığı Lvovun “Leopolis” otelinə gəliblər.
Avropa.info xəbər verir ki, onlar guya Ukrayna dövlət sərhədinin qanunsuz keçilməsi barədə protokolun təqdim olunması üçün gəliblər. Bu barədə “Yeni qüvvələr hərəkatı” partiyasının siyasi şurasının üzvü İvan Slobodnyak “Facebook” səhifəsində yazıb.
Onları Saakaşvilinin vəkilləri qarşılayıb, lakin təhlükəsizlik orqanları sənədi şəxsən təqdim etmək istəyiblər. “Leopolis” otelinin yanında xeyli jurnalist toplaşıb.
Mixail Saakaşvilinin tərəfdarı David Sakvarilidze “Facebook”da sabiq Odessa qubernatoruna yardım edən tərəfdarlarının həbs olunduğunu deyib. Onun məlumatına görə, Çerkas və İvano-Frankovskdan olan fəallar həbs edilib. Sakvarelidze Saakaşvilini müdafiə etmək üçün Lvovun bütün sakinlərini “Leopolis” oteli qarşısında toplaşmağa çağırıb.
Xatırladaq ki, 10 sentyabrda Ukrayna vətəndaşlığı ləğv edilən Mixail Saakaşvili qalmaqallı şəkildə, öz tərəfdarlarının əhatəsində Polşa-Ukrayna sərhədini keçmişdi.