Saakaşvilinin partiyası Ukraynada parlament seçkilərinə qatılacaq

Saakaşvilinin partiyası Ukraynada parlament seçkilərinə qatılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili rəhbəri olduğu “Yeni qüvvələr hərəkatı” partiyasının 2019-cu ildə Ukraynada keçiriləcək parlament seçkilərində iştirak edəcəyini bildirib.

Oxu.Az xəbər verir ki, Saakaşvili hazırkı prezident Pyotr Poroşenkonun vəzifədən getməsindən sonra Ukraynaya qayıdacağını və məhkəmə vasitəsi ilə vətəndaşlığını bərpa edəcəyini deyib.

O qeyd edib ki, ona qarşı edilən haqsızlıqlara görə bəziləri cavab verməli olacaqlar.