Saakaşvilinin axtarışları başlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa-Ukrayna sərhədində Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin ələ keçirilməsi planı elan edilib. 

Polşa-Ukrayna sərhədində Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin ələ keçirilməsi planı elan edilib.

Publika.az xəbər verir ki, bu haqda Feysbuk səhifəsində Ali Radanın deputatı, Saakaşvilinin lidderi olduğu “Yeni güclərin hərəkatı” partiyasının üzvü Yuri Derevyanko yazıb.

Mixail Saakaşvilinin Ukraynanı qayıdacağı ehtimal edilir. Deputatın sözlərinə görə, “Korçova-Krakoves” buraxılış məntəqəsinin ərazisi prezident Pyotr Poroşenkonun administrasiyasından birbaşa göstərişlə mühasirəyə alınıb.

Derevyanko qeyd edib ki, buraxılış məntəqəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Qeyd edək ki, Saakaşvili avqustun 4-də Varşava üsyanının 73-cü ildönümündə iştirak etmək üçün ABŞ-dan Polşaya gəlib. Onun Polşaya hansı sənədlərlə gəldiyi məlum deyil. Çünki keçmiş prezident daha əvvəl Ukrayna vətəndaşlığından məhrum edilib və ardınca onun pasportları ləğv olunub.