“Sizi oktyabrın 22-də saat 12-də (Ukrayna vaxtı ilə – red.) Radanın binası yaxınlığında “İslahat maydanı”na dəvət edirik”.
“Sizi oktyabrın 22-də saat 12-də (Ukrayna vaxtı ilə – red.) Radanın binası yaxınlığında “İslahat maydanı”na dəvət edirik”.
“Report” xəbər verir ki, bunu Ukraynanın “Yeni Qüvvələr Hərəkatı”nın lideri Mixail Saakaşvili özünün “Facebook” səhifəsində yazıb.
“Oliqarxlar üzərində “Poroşenkodan sonra Ukryana” adlı qələbə planını müzakirə edəcəyik”, – o əlavə edib.
Hazırda Ukrayna Ali Radasının binası qarşısında bir neçə yüz nəfər etiraz aksiyası keçirir.
Qeyd edək ki, bu aksiyalar oktyabrın 17-də başlayıb. Aksiyaları “Özünəyardım”, “Batkovşina”, “Yeni Qüvvələr Hərəkatı”, “Azadlıq”, “Milli Korpus”, “Sağ sektor” “5.10” siyasi qüvvələri təşkil edib.