Saakaşvili oğlunu evləndirdi – FOTO

Saakaşvili oğlunu evləndirdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mixail Saakaşvilinin böyük oğlu Eduardın ABŞ-ın Filadelfiya ştatında toy mərasimi baş tutub.

Oxu.Az xəbər verir ki, bununla bağlı Gürcüstanın üçüncü prezidentinin “Facebook” hesabı məlumat yayıb.

“Həftə sonu okeanın o biri tərəfinə uçduq və oğlum Eduardın Filadelfiyadakı toyunda iştirak etdik.

Eduard radioproqramın prodüserdir, BBC və National Public Radio ilə əməkdaşlıq edir. O, Pensilvaniyadakı Svartmor kollecindən sevgili olduğu Adina Melvus-Petrusla ailə qurub. Adina qeyri-hökumət təşkilatında işləyir və gürcü dilini öyrənir.

Vaxt necə tez keçir. Elə bil biz özümüz dünən evlənmişdik (Bu, 1993-cü ildə baş verib).

Fotoda oğlumun yanında dayanan Adina bizim ailənin yeni üzvüdür. Burada mən və Sandradan başqa, kiçik oğlumuz Nikoloz, anam və Sandranın atası da var”, – Saakaşvili mərasimdən paylaşdığı fotoya bu şərhi yazıb.