Mixail Saakaşvili müflis olmuş siyasətçidir.
Mixail Saakaşvili müflis olmuş siyasətçidir.
TİA.AZ xəbər verir ki, bunu “İmedi” televiziyasına müsahibəsində Gürcüstanın Məcburi Köçkünlərlə İş üzrə naziri Sozar Subari söyləyib.
Onun sözlərinə görə, Saakaşvili özünün Ukraynada gələcəyinin olmadığını yaxşı bilirdi:
“O, bütün planlarını oktyabrda Gürcüstanda keçirilən parlament seçkisi üzərində qurmuşdu. İndi o, yekun olaraq müflis siyasətçi olduğunu anladı”.
Qeyd edək ki, Saakaşvili dünən Odessa qubernatoru vəzifəsindən istefa verib.