Mixail Saakaşvili Odessa qubernatoru vəzifəsindən istefa verdiyini açıqlayıb.
Mixail Saakaşvili Odessa qubernatoru vəzifəsindən istefa verdiyini açıqlayıb.
TİA.AZ xəbər verir ki, bu barədə o, “Facebook”da canlı mətbuat konfransında bəyan edib. O, qeyd edib ki, vəzifəsindən getməsinə səbəb hakimiyyətin korrupsiya ilə mübarizə aparmaq üçün ciddi qərar qəbul etmək istəməməsidir.
“Mən istefa verərək, mübarizənin yeni mərhələsini aparmağa başlayıram”, – deyə, Saakaşvili vurğulayıb.
Onun sözlərinə görə, Ukraynada hakimiyyət dəyişikliyinə baxmayaraq, ölkədə korrupsiya çiçəklənir. O qeyd edib ki, məmurların gəlirləri haqqında elektron bəyannamələrin açıqlanması onun üçün “son damla” oldu.
Bundan başqa Ukrayna Milli Polisinin Odessa vilayəti üzrə Baş İdarəsinin rəisi Giorgi Lordkipanidze də istefa verib.