“İran 73 ildir NATO ilə sərhəddir. Türkiyə NATO ölkəsidir və bu günə kimi Ankara ilə çox yaxşı münasibətimiz mövcuddur. Bu gün ABŞ-ın məqsədi NATO-nu İrana doğru deyil, Rusiyaya doğru genişləndirməkdir”.
Tribunainfo.az xəbər verir ki, bunu iranlı ekspert Rza Salavati Zəngəzur dəhlizi barədə danışarkən deyib.
Onun sözlərinə görə, Tramp dəhlizi sazişi ABŞ və Ermənistan arasındadır. “Azərbaycan bura daxil deyil və Bakının bu prosesdə əli yoxdur. Bunun üçün Azərbaycanın üzərinə gedilməsi doğur deyil”.
Salavati qeyd edib ki, Trampın Ərdoğanla görüşü yox, Paşinyanla Əliyevin görüşü rusları qəzəbləndirib. “Amma başqa yolları da yoxdur. Çünki ruslar özləri də enerji təcridindən çıxmaq və Türkiyə vasitəsilə Suriya və Aralıq dənizinə qoşulmaq üçün Zəngəzur dəhlizinin tərəfdarıdırlar”.
Fərda Uğur