2022-ci il Məhsa Əmini hadisələrindən sonra yenidən siyasi arenada xortlayan Rza Pəhləvi yenidən özünü göstərmək üçün fəaliyyətə başlayıb. Tribunainfo.az xəbər verir ki, Münhen Konfransına buraxılmayan və Almaniyaya girişinə yasaq qoyulan Pəhləvi, indi də İranı molla rejimindən xilas etmək üçün plan hazırladığını deyib.
O bildirib ki, “İranı geri almaq və yenidən qurmaq üçün konkret və yaxşı yazılmış planım var”.
Qeyd edək ki, Rza Pəhləvinin anası Təbirzli Fərəhdir. Lakin o və atasının Azərbaycana və azərbaycanlılara münasibəti heç vaxt yaxşı olmayıb. Əksinə, əlinə fürsət düşən kimi, Azərbaycan türklərini təhqir etməkdən qalmayıb. Onun 21 Azər Hərəkatının ildönümü ilə bağlı verdiyi açıqlama isə Güneydəki soydaşlarımızın əksəriyyətinin qəzəbinə səbəb olub. O həmin vaxt bildirmişdi ki, guya, 21 Azər Hərəkatı “separatçılıq” fəaliyyəti olub.