Rüşvət almaqda ittiham olunan idarə rəisinin məhkəməsi başlayırbackend

Rüşvət almaqda ittiham olunan idarə rəisinin məhkəməsi başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quba-Xaçmaz Regional Elm və Təhsil İdarəsinin sabiq rəisi Rüfət Hacıyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Tribunainfo.az “Qaynarinfo”ya istinadla xəbər verir ki, iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İyunun 24-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçiriləcək.
Rüfət Hacıyev Cinayət Məcəlləsinin 311.3.3-cü (Rüşvət alma – külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilir.
Rüfət Hacıyevlə birgə Hacıyev İnqtiqam Qəşəm oğlu adlı şəxs də mühakimə ediləcək. Araşdırmalarımız zamanı məlum olub ki, o, Hesablama Palatasının əməkdaşıdır.
Cinayət işi üzrə Elm və Təhsil Nazirliyi ilə yanaşı, Hesablama Palatasının da zərərçəkmiş qismində tanınması bu məlumatın əsassız olmadığını göstərir.