Rüşvət alarkən həbs olunan baş həkim hakim qarşısında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alarkən həbs olunan baş həkimi Hüseyn Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alarkən həbs olunan baş həkimi Hüseyn Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə ilkin hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məlum olub ki, tibb elmləri namizədi olan baş həkim heç vaxt ailə həyatı qurmayıb.

Digər təqsirdirləndirilən, dispanserdə tibb qeydiyyatçısı işləyən Mətanət Şamçıyeva barəsində həbs qərarı verilməyib, o, polisin nəzarətinə verilib. M. Şamçıyeva da ailə həyatı qurmayıb.

H.Həsənovun ev dustaqlığına buraxılması barədə vəsatəti təmin edilməyib.

Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses iyulun 4-də davam etdiriləcək.

Qeyd edək ki, Hüseyn Həsənovun 2017-ci ilin yanvar-fevral aylarında işlədiyi müəssisədə tibb qeydiyyatçısı işləyən Mətanət Şamçiyevanın vasitəsi ilə narkoloji xəstəliklə əlaqədar qeydiyyatda olub-olmamaları barədə arayışların verilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 3190 manat məbləğində pulu rüşvət kimi tələb edib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı baş həkim rüşvət alarkən həbs edilib.

H.Hüseynov barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi açılıb.