Tanınmış şair, publisist Rüstəm Behrudi ağır itki ilə üzləşib. Onun anası Zəhra xanım bu gün dünyasını dəyişib.
Tribunainfo.az-a verilən məlumata görə, Zəhra xanım uzun müddətdir səhhətində yaranan problemlərlə mübarizə aparıb.
Rüstəm Behrudi sosial şəbəkələrdə və mediada anasına olan dərin sevgisi və bağlılığı ilə də tanınırdı. Onun bir çox şeirlərində və çıxışlarında anasına olan ehtiram əks olunurdu.
Tribunainfo.az kollektivi olaraq Rüstəm Behrudiyə və ailəsinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!
Dəniz Pənahova