backend

Rustavi-2 Azərbaycan türklərini təhqir etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Növbəti balta yenə özümüzdən. Gürcüstandan olan soydaşlarımızın haqlı narazılığını və bizim bu məsələni mediada işıqlandırmamız üçün xahişlərini nəzərə alaraq, istədik millətimizə və dinimizə qarşı növbəti çirkin həmləni ifşa edək. 

Növbəti balta yenə özümüzdən. Gürcüstandan olan soydaşlarımızın haqlı narazılığını və bizim bu məsələni mediada işıqlandırmamız üçün xahişlərini nəzərə alaraq, istədik millətimizə və dinimizə qarşı növbəti çirkin həmləni ifşa edək.


TİA.AZ xəbər verir ki, bu sözlər Qarapapaq Türkləri İctimai Cəmiyyətinin sədri İsmayıl Əliyevin Avropa.info saytında dərc edilən yazısında əksini tapıb. 

Müəllif bildirib ki, bu günlərdə Gürcüstan Respublikasının Rustavi-2 telekanalında Borçalının yerli sakinləri olan Qarapapaq türkləri və Azərbaycan türklərinə qarşı, həmçinin onların dini inancları olan islam, mental dəyərləri haqqında “qara piar” məqsədi ilə bir televiziya verilişi efirə verilib. Efirə verilən alçaldıcı proqram Yutub şəbəkəsində də yerləşdirilib. Verilişin baş qəhramanı isə yerli ictimai radio olan Marneuli FM-in jurnalisti Şəlalə Amircanova olub:

“Verilişdə xalqımız haqqında yalnız neqativ ifadələr, bol ittihamlarlar səslənib və xalqımız hər cür qaralamalara məruz qalıb.
 

Nümunə üçün Şəlalə Amircanova iddia edir ki, islam dinində qızların oxumasına pis baxılır, qızların sadəcə evlənmə, doğma və ərlərinə xidmətçi olma haqları var. Borçalıda yaşıyan müsəlmanlar ibadət etmir, islamın sadəcə bu bölümünü tətbiq edirlər. Proqram ərzində paralel olaraq çayxanada istirahət edən savadsız və kasıb insanlardan intervü efirə verilərək, xalqımız haqqında neqativ obraz yaradılmağa çalışılır.

Nədənsə heç bir ziyalımız, Gürcüstan parlamentinin heç bir azərbaycanlı deputatı bu proqramda danışdırılmır. Şəlalə Amircanova sosial şəbəkədə bundan öncə də dəfələrlə xalqımız haqqında mənfi imicin yaranmasına yol verən paylaşımlar edib. Gürcü əsilli vətəndaşların onun tərəfini saxlaması isə təbii haldır. Xalqımızın savadlı, vətənpərvər oğulları və qızları isə onun bu ittihamlarına mədəni şəkildə arqumentlərlə cavab verdikdən sonra Şəlalə Amircanova öz səhvini etiraf edib və üzr istəyib. Hətta o, xalqımız haqqında xoş sözlər də dediyini iddia edib, guya ki, o sözlər kəsilib və efirə verilməyib. Sosial şəbəkə istifadəçilərinin “əgər belə idisə, nədən siz çalışdığınız radio, televiziyanı məhkəməyə verməmisiniz” sualı isə cavabsız qalır.

Məsələ bundadır ki, efirdə onu minlərlə, yüz minlərlə insan görür, bununla da xalqımız və dinimiz haqqında mənfi obraz yaradılır. Göründüyü kimi, xalqımıza, tariximizə, dinimizə və mənliyimizə qarşı “qara piar” kampaniyası aparılır. Dünən bu rolu ifa edənlər Rəsulzadəyə, Nuru Paşaya dil uzadanlar, bizim türk olmadığımızı deyən bir deputat idisə, bu gün yolunu azmış, 5-10 lari və ya manata satın alınan, öz xalqına tüpürən şəxslərdir. Əfsuslar olsun ki, Şəlalə kimilər xalqımıza qarşı olan nə ilk proyektdir, nə də son. Xalqımız belə adamları ifşa və ictimai qınaq hədəfi etsə, inanıram ki, gündəmə gəlmək istəyi, satqınlıq və yaltaqlıq hissi belə şəxslərdə utanc və biabır olmaq qorxusu ilə əvəz olunacaq. Bizim cəmiyyətimizdə həmişə tarixən qadının öz yeri olub. 

Həmin Şəlalənin yaşadığı Sərvanda (indiki adıyla Marneulidə) Cəmilə Sərvan qızını və onun bədii rəhbərliyi altında qurulan Sərvan folklor qrupunun kollektivini misal olaraq göstərmək olar.

Xalqımız haqqında 10 lari müqabilində qara yaxanda heç olmasa, qonşusu olan Cəmilə xanımdan utansın.

Sonunda istərdik rus klassik şairi Krılovun Fil və Tula təmsilini xatırladam. Orada tula filə hürür, lakin fil bu hürüşü vecinə almır. Tulanın yanında olan bir it isə soruşur: “Sən axı filə güc gələ bilməzsən, nəyə görə hürürsən”. Tula cavab verir ki, düzdü, güc gələ bilmərəm, amma ətrafda olanlar filin susduğunu görüb, məndən qorxduğunu zənn edəcəklər”.